12 İyul 2023 17:58
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın radikal sağçı maliyyə naziri Rikka Purra sosial şəbəkələrdəki irqçi paylaşımlarına görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, nazir vaxtilə ölkəsindəki somalili və türk miqrantları hədəfə alaraq, onları “türk meymunları” adlandırmışdı.

İndi Purra 15 il əvvəlki bu ifadələrini axmaqlıq hesab edir və bu sözləri ilə incitdiyi şəxslərdən üzr istədiyini bildirib.

“Mən mükəmməl insan deyiləm, səhvlərim olub”, - nazir deyib.

Finlandiya mediasında irqçi paylaşımlarının yayılmasından sonra üzr istəyən Rikka Purra koalisiya hökumətindəki digər partiya liderləri ilə birgə ayrı-seçkiliyə qarşı olduqlarını bildirən hökumət bəyanatını da imzalayıb.

Vaxtilə belə ifadələr işlətdiyini etiraf edən Purra 31 yaşında dilə gətirdiyi irqçi fikirlərini dəstəkləmədiyini bildirib: “Zorakılığın, ayrı-seçkiliyin və ya irqçiliyin heç bir formasını qəbul etmirəm”.

46 yaşlı nazir indiki ağlıyla belə şeylər yazmayacağını da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər