NATO Rusiyanı Moldovanın işğal altındakı Dnestryanı bölgəsindən sülhməramlılarını çıxarmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Litva sammitinin yekun bəyanatında deyilir.
“Biz Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik. Biz Rusiyanı Moldovanın razılığı olmadan yerləşdirilən bütün qüvvələrini Dnestryanı bölgədən çıxarmağa çağırırıq”, - bəyanatda bildirilir.