12 İyul 2023 12:55
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Aleksey Dedov İran XİN Körfəz ölkələrinin baş direktoru Məhəmməd Mehdi Maleki tərəfindən nazirliyə çağırılıb. Səfirə İranın Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında strateji danışıqların yekun bəyanatında yer alan məzmuna etiraz çatdırılıb.

Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları haqqında verilən bəyanat İranı qane etməyib. Bu adaları İran öz ərazisi, Birləşmiş Ərəb Əmirlikləri isə özününkü sayır. Nazirlik Rusiyanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər