Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Kiyevə mənfi mesajlar verilərkən, Rusiyadan yeni açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
“Hesab edirik ki, NATO-nun Ukrayna qarşısında təhlükəsizlik öhdəliyi son dərəcə xətalıdır və potensial olaraq çox təhlükəlidir. Ukraynaya verilən zəmanətlər Rusiyanın təhlükəsizliyini pozur”, - Rusiya rəsmisi bildirib.