“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojin xərçəng xəstəliyindən sağalıb. Söhbət qarın xərçəngindən gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaqner”dən Rusiyanın Proekt.media saytına bildirilib.
“Vaqner” rəhbərinin uzun müddətdir xərçəng xəstəliyindən sağaldığı və ciddi müalicə aldığı iddia edilir. Saytın mənbələrinə görə, şiş əmələ gəlməsi prosesi dayanıb.
Xəstəliyi səbəbindən Priqojinin sağlam həyat tərzi sürdüyü və ciddi pəhrizə riayət etdiyi deyilir.
Məlumatda qeyd olunur ki, Priqojinin bağ evində axtarışlar zamanı reanimasiya çarpayısı, ventilyator və oksigen konsentratoru olan yaxşı təchiz olunmuş tibb otağı aşkarlanıb.
“Proekt”in məlumatına görə, “Vaqner” lideri Prezident Vladimir Putinin qızı Mariya Vorontsova ilə əlaqəli olan “Soqaz” klinikasında müalicə alıb. Axtarışlar zamanı Priqojinin evindən həmin klinikaya məxsus qeydlər aşkarlanıb.