Niderlandın təhlükəsizlik və ədliyyə naziri Dilan Yeşilgöz istefa verəcəyini açıqlayan hazırkı Baş nazir Mark Ruttenin yerinə hakim Xalq Azadlıq və Demokratiya Partiyasının lideri olmaq istədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, vəzifəyə gələn kimi ilk işi qadın polislərə hicab taxmağı qadağan etmək olan Yeşilgözün atası PKK terror təşkilatının lideri Abdullah Öcalanın yaxın dostudur.
Türkiyə və Azərbaycana qarşı düşmən münasibətilə seçilən Yeşilgözün otağındakı bir foto da özü haqda önəmli fikir formalaşdırır.
Fotoda təsvir olunan 106 yaşlı erməni qadının əlində AK-47 (“Kalaşnikov”) avtomatı var. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi (Qarabağ) iddiasının simvolik fotolarından biridir.
Dilan Yeşilgöz Türkiyənin Tuncəli şəhərində anadan olub. Kürd əsillidir.