13 İyul 2023 23:09
5 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canlı orqanizmlərdə də rast gəlinən karbon və hidrogendən ibarət üzvi molekullar Marsda əvvəllər həyatın ola biləcəyinə işarə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science News” saytı məlumat yayıb.

NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) “Perseverance” zondu tərəfindən tapılan üzvi molekullar Marsda həyatın təməl daşı kimi görülərkən, planetdə daha mürəkkəb geokimyəvi dövrün mövcud ola biləcəyi proqnozlaşdırılır.

Molekulun əmələ gəlməsi prosesi ilə bağlı müxtəlif fərziyyələr olsa da, tədqiqatçılar üzvi molekulların hansı növ olduğunu hələ müəyyən etməyiblər.

Karbonun kəşfi Marsda həyatın olması ehtimalını artırarkən, bunun qeyri-bioloji proseslərlə əmələ gəlməsinin mümkünlüyü də nəzərdən keçirilir.

Marsdakı Qale kraterində əvvəllər də üzvi molekullar aşkar edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər