“Putinin Ukraynadakı müharibədə qalib gəlmək ehtimalı yoxdur. O, artıq müharibəni uduzub”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Finlandiya Prezidenti Sauli Niinisto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bayden Rusiyanın kifayət qədər resurslarının olmadığını və bu üzdən müharibənin uzun illər davam etməyəcəyini bildirib.
Bayden əlavə edib ki, Prezident Putin nəhayət müharibənin Rusiyanın iqtisadi, siyasi və digər maraqlarına uyğun olmadığına qərar verəcək.