13 İyul 2023 21:59
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyasının təhlükəsizliyinə təhdiddir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın səbəblərindən biri Ukraynanın alyansa qoşulma təhlükəsidir.

"Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. NATO-ya üzvlük Ukraynanın təhlükəsizliyini artırmayacaq", - deyə Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Rusiya Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsinin əleyhinə deyil:

"Rusiyanın təhlükəsizlik zəmanətlərinə əməl etmək şərti ilə..."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər