Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. Bunun üçün hələ bir neçə gün var.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya" kanalıına müsahibəsində bildirib.
O, eyni zamanda qeyd edib ki, taxıl sazişi çərçivəsində Rusiya üçün heç bir iş görülməyib. Putin bu məsələni tək qapıya oynanılmış oyun adlandırıb.
Rusiya Prezidenti vurğulayıb ki, ölkəsi taxıl sazişini yalnız ona verilən vədlər yerinə yetirildikdə uzadacaq:
"Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən vədlər yerinə yetirildikdə uzada bilər".