Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.