14 İyul 2023 11:27
5 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Beynəlxalq Valyuta Fondu (BVF) ilə 3 milyard dollarlıq kredit sazişi imzalamışdı.

Teleqraf.com xəbər verir ki, Pakistanın gəlirlər və maliyyə naziri İshaq Dar artıq BVF-nin Mərkəzi Banka 1.2 milyard dollar yatırdığını açıqlayıb.

Nazir 3 milyard dollardan qalan 1.8 milyard dollarlıq kreditin noyabrda və 2024-cü ilin fevralında aparılacaq müzakirələrdən sonra yatırılacağını deyib.

Qardaş ölkə son üç gündə 4.2 milyard dollar maliyyə dəstəyi alıb. Avqustun 11-də Səudiyyə Ərəbistanından 2 milyard, avqustun 12-də isə Birləşmiş Ərəb Əmirliklərindən 1 milyard dollar vəsait ödəniləcək.

BVF dünən Pakistanla iqtisadi sabitlik proqramını dəstəkləmək üçün 9 ay müddətinə 3 milyard dollarlıq sazişi təsdiqləyib.

Beynəlxalq Kredit Reytinqi Agentliyi (Fitch Ratings) BVF ilə razılaşdıqdan sonra Pakistanın xarici valyutada uzunmüddətli kredit reytinqini yüksəldib. Maliyyə naziri İsqak Dar bundan sonra Tvitterdə “Allaha şükür” mesajını paylaşıb.

Baş nazir Şahbaz Şərif də razılaşmanın reallaşmasından məmnunluğunu bildirib. Hökumət başçısı qeyd edib ki, bu saziş Pakistanın valyuta ehtiyatlarını gücləndirəcək, iqtisadi sabitliyi təmin edəcək və ölkəni davamlı iqtisadi artım yoluna çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər