Ukrayna müdafiə qüvvələri Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.
“Müdafiə qüvvələri Bila Qora - Andriv istiqamətində uğur qazanıblar, ələ keçirilmiş mövqelərdə lövbər salıblar”, - sözçü deyib.
Eyni zamanda, Ukrayna ordusu Rusiyanın Kupyan, Liman, Avdiv və Marin istiqamətlərində hücumlarını dayandırmağa çalışır. Ruslar bu ərazilərdə öz ehtiyatlarından fəal istifadə edirlər, ağır döyüşlər gedir.