ABŞ Prezidenti Co Bayden Rusiyanın “Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinə məsləhət verib.
Teleqraf.com xəbər verir ki, prezident ona mümkün zəhərlənməyə qarşı diqqətli olmağı tövsiyə edib.
“Putinin nə edə biləcəyini ancaq Allah bilir. Onun harada olduğunu və necə münasibət qurduğunu bilmirik. Mən onun (Priqojinin) yerində olsaydım, nə yediyimə baxardım. Gözümü menyudan çəkməzdim”, - Bayden bildirib.