Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Litvada keçirilən son sammitindəki həmlələri dünya mediasının gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalı Türkiyə liderinin addımları ilə bağlı diqqətçəkən analiz yayımlayıb.
Prezident Ərdoğan NATO sammitində İsveçin üzvlük iddiasının təsdiqlənməsi, ABŞ-la F-16 anlaşması və Türkiyənin Ukrayna müharibəsindəki rolunu gündəmdə saxlayıb.
“Çərşənbə günü paytaxt Vilnüsdə baş tutan sammitdən sonra keçirilən mətbuat konfransında Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. O, balanslı addımlar atdı, Türkiyə üçün bir çox vacib məsələlərə toxundu. Ukrayna məsələlərini də müzakirə edib”, - məqalədə deyilir.
Kanal Türkiyə-Yunanıstan əlaqələrinə də toxunub. Ərdoğan Yunanıstanla danışıqların yenidən başladığını açıqlayıb.
“Türkiyə Avropada yeni yollar açır”, - məlumatda qeyd olunur.
Eyni zamanda, Türkiyə lideri İsveçin NATO-ya üzvlüyünü təsdiq etdiyini elan etdi. Bununla bağlı yol xəritəsi hazırlanacaq, oktyabrdan etibarən sözügedən sənəd parlamentə təqdim olunacaq. Ərdoğan bildirib ki, yekun qərarı parlament verəcək.