14 İyul 2023 17:29
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsdə dünyanın ən nadir və qeyri-adi heykəli yaradılır. Onun heykəltaraşları arılardır. İsrail Muzeyinin bu xüsusi layihəsi Roma imperatoru Adrianın bürünc heykəlinin rekonstruksiyasını nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, qeyri-adi büst Qüdsdəki İsrail Muzeyində imperatorun bürünc büstü ilə yanaşı nümayiş etdiriləcək.

Bu heykəl möcüzə nəticəsində antik dövrlərdən günümüzə gəlib çatıb. Onu 1975-ci ildə Beyt-Şean vadisində aşkar ediblər.

Bu günlərdə arılar heykəlin yeni variantının üzərində işləyir. On minlərlə arı İsrail Muzeyinin bağında xüsusi yaradılmış pətəklərdə əmək sərf edirlər.

Unikal layihə 1800 il əvvəl bürünc heykəlin ərsəyə gəlməsi üzrə metoda uyğundur. Bu, özəl tökmə əməliyyatı “İtirilmiş bal mumu” adlanır. Elə antik dövrdə də heykəlin bürüncdən tökülməsi zamanı bal mumundan istifadə ediblər. Heykəltaraşlar indi də bu texniki metoddan istifadə edirlər.

Layihəni reallaşdırmaq üçün arıları “memarlıq” bal pətəyinə yönəldir və bu mürəkkəb texniki prosesi skaner və üçölçülü printerin köməyi ilə həyata keçirirlər. Bir neçə ayda sonra mum modeli muzeyin qalereyasında imperator Adrianın bürünc büstü ilə yanaşı qoyulacaq.

Sözügedən layihə dizayn və memarlıq üzrə kurator Rami Trif və ellinistik, Roma və Bizans dövrləri üzrə baş kurator David Mevirax ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Prosesdə slovakiyalı dizayner və rəssam, arılarla iş metodunu işləyib hazırlamış Rafi Nir də iştirak edir. O, muzeyi arı yeşikləri ilə təchiz edib və onlara qulluq göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər