14 İyul 2023 18:58
50 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas separatçılarının keçmiş liderlərindən, polkovnik İqor Qirkin-Strelkov Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” qruplaşmasının 35 komandiri arasında keçirilən qapalı görüş barədə danışıb.

Teleqraf.com xəbər verir ki, görüşdə baş verənlər separatçını qəzəbləndirib.

Strelkovun sözlərinə görə, “Vaqner” lideri Yevgeni Priqojin və dəstəsinin Rusiya ordusunun tərkibində döyüşmək fikrində olmadığını dedikdə, Putin bunu “udmaq” və razılaşmaq məcburiyyətində qalıb.

“Prezident nəzakətlə qiyamçılara ölkənin müdafiəsini Silahlı Qüvvələrin sıralarında davam etdirməyi təklif edir. Qiyamçılar razılaşaraq başlarını yelləyirlər, amma cərgənin önündə duran Paxan (Priqojin) oğlanların razılaşmadığını bildirir. Prezident “udub” başçının fikri ilə razılaşır, başqa yollar axtarmağa söz verir. Pərdə”, - polkovnik deyib.

Bununla belə, Strelkov Putinin “Vaqner”in qanuni olmaması ilə bağlı sözlərinə dəstək verib.

“Vaqner” kainatında yalnız Paxan, Rusiya Federasiyası və onun prezidenti bu qrupun fəaliyyət göstərdiyi ərazinin xüsusiyyətlərindən başqa bir şey deyil. Bu həqiqəti dərk edən və mövcud olmayan təşkilatı nə cəzalandıra, nə də ləğv edə bilməyəcəyini anlayan prezident razılaşır, fikrə dalıb gedir”.

Polkovnik qeyd edib ki, Kremldə aparılan danışıqlar nəticəsində “Vaqner” birləşmələrinə Afrikadakı müharibələrdən pul qazanmağa davam etmək icazəsi verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər