14 İyul 2023 18:32
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə İranda intihar nəticəsində ölənlərin sayı 40 000-dən çox olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Polis Komandanlığının hesabatında bildirilib.

Məlumata görə, 10 il əvvəl bu göstərici 20 000-ə yaxın olub.

Mütəxəssislər intiharların müxtəlif səbəblərdən baş verdiyini qeyd ediblər: “Məqsəd və ümid olmayanda insanlarda boşluq yaranır və onlar intihara əl atırlar”.

Məlumata görə, 283 gün ərzində yoxsulluq, borc və aşağı əməkhaqqı səbəbindən 23 fəhlə həyatına qəsd edib.

Ekspertlər bildirib ki, ədalətsizliyin artması, yoxsulluq, korrupsiya, tənəzzül və uğursuzluq İranda cəmiyyətin psixi sağlamlığına ciddi təhlükə mənbəyidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına əsasən, hər il 800 000 nəfər intihar nəticəsində dünyasını dəyişir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər