14 İyul 2023 17:02
15 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bir neçə ay əvvəl öz hərbi hissələrini Belarusdan çıxarmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko deyib.

Onun sözlərinə görə, rotasiya çərçivəsində Belarusda təlim və hazırlıq keçmiş Rusiya hərbi qulluqçularının demək olar hamısı çıxarılıb.

“Belarus ərazisində olan və Belarus poliqonlarında təlimlərə cəlb edilmiş rus hərbçilərinin sayı son vaxtlar azalır. Bu yaxınlara qədər bu rəqəmi 2000 hərbçi səviyyəsində müəyyən etmişdik, amma hazırda demək olar ki, bütün Rusiya hərbi qulluqçuları Belarus ərazisindən çıxarılıb”, - Demçenko bildirib.

DSX-nın sözçüsü vurğulayıb ki, müəyyən müddətdən sonra nizami bölmələrin Belarusa qaytarılacağını istisna etmək olmaz, amma hazırda belə hallar qeydə alınmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər