14 İyul 2023 19:42
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Qara dəniz taxıl dəhlizinin sazişinin müddətinin uzadılmasına razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.

"Avqust ayında cənab Putini Türkiyədə qonaq etməyə hazırlaşırıq. Biz Qara dəniz taxıl dəhlizinin uzadılmasına razıyıq. Birləşmiş Millətlər Təşkilatından cənab Quterreş də Putinə məktub göndərib. Biz və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizi işinin uzadılmasını təmin edirik. Beləliklə, inkişafdan qalan Afrika ölkələrinin problemlərini cənab Putinlə sürətli şəkildə həll etməyi davam etdirəcəyik”,- deyə Ərdoğan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər