"Rusiya-Türkiyə əlaqələri daha çox iqtisadiyyat, bazar münsibətləri üzərində qurulub".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib.
Onun sözlərinə görə, Ərdoğan hazırda öz payını artırır: "İndi Türkiyəyə Qərb pulu lazımdır. Ehtiyacı olan bütün yardımları Rusiyadan alıb. İndi onları Qərbdən almağa çalışır”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ciddi böhranın başlaya biləcəyi ehtimalı yoxdur: “Rusiya-Türkiyə münasibətlərinin korlanması ilk növbədə Ermənistan üçün maraqlıdır, lakin belə bir imkan yoxdur. Burada çox pul, həddən artıq risk var.
Ukrayna müharibəsinə qədər Rusiya Türkiyəyə qarşı döyüşməyə hazır idi. İkinci Qarabağ müharibəsində sülhməramlıların gətirilib-gətirilməməsi ilə bağlı ciddi müzakirələr gedəndə bilirəm ki, türk hərbçiləri ilə toqquşmaq riski var idi. Tariximizdə Türkiyə ilə ya 13, ya da 14 müharibə aparmışıq və Rusiyanın bütün cənubu, Ukrayna və Moldovadakı ərazilər, o cümlədən bütün Zaqafqaziya tarixi türk torpaqları olub. Amma indi elə deyil. Biz NATO-nun 54 ölkəsinin və onun müttəfiqlərinin koalisiyasına qarşı müharibə vəziyyətindəyik. Bu, başqa reallıqdır”, - Satanovski bildirib.