"Putinlə ortaq mövqelər sayəsində biz ən az inkişaf etmiş, yoxsul Afrika ölkələrinin problemlərinin həllinə töhfə verəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin avqustda Türkiyəyə səfərə hazırlaşır: "“Bilirsiniz, biz avqustda cənab Putini qəbul etməyə hazırlaşırıq. Bizim Qara dəniz taxıl təşəbbüsü ilə bağlı ortaq mövqeyimiz var. BMT-nin baş katibi Antonio Quterreş Putinə məktub göndərib. Ümid edirəm ki, bu məktub və Rusiya ilə birgə səylərimizlə taxıl dəhlizi sazişini uzadacağıq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun iyulun 10-da verdiyi məlumata görə, dövlət başçısının Türkiyəyə mümkün səfərinin vaxtı hələlik məlum deyil.