İranın Mircave sərhədində mina partlaması nəticəsində SEPAH-ın dörd zabiti yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, hadisəyə görə heç bir şəxs və ya qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, bundan öncə “Haalvsh” saytı hərbi avtomobilin partlaması barədə məlumat yayıb.