“Türkiyə ilə danışıqlarda güzəştə gedə bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Mitsotakis deyib.
“Mənim üçün ən böyük hədəf Egey və Şərqi Aralıq dənizində sərhədlərin müəyyən edilməsi problemini həll etməkdir. Əgər biz Haaqa Ədalət Məhkəməsinə getməyə razı olsaq, bu, çox vacib bir gəlişmə olardı. İstənilən belə razılaşma ilkin mövqelərdən bəzi güzəştləri ehtiva edə bilər. Amma hələlik Haaqa ssenarisi uzaqdadır”, - baş nazir bildirib.
Mitsotakis Vilnüsdə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı söyləyib:
“Əvvəlki görüşlərimizlə müqayisədə bu dəfə fərqli ab-hava vardı. İkimiz də yeni səlahiyyət müddətimizin başlanğıcındayıq. Stəkanın boş yox, dolu tərəfinə baxaq”.
Yunanıstan baş naziri Türkiyənin Avropa Birliyinə inteqrasiyasını dəstəklədiklərini də vurğulayıb.