“Çeçenistan rəhbəri Ramzan Kadırov zəhərlənə bilər. O, hazırda dializ aparatına qoşulub”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi, keçmiş deputat Olqa Kurnosova deyib.
Onun sözlərinə görə, artıq Rusiya xüsusi xidmət orqanlarında Kadırovun zəhərlənməsi ilə bağlı söz-söhbət dolaşır, amma hələlik bu, təsdiqini tapmayıb.
“Xüsusi xidmət orqanlarında onun zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb. Bunun doğru olub-olmadığını bilmirəm, amma şayiələr var. O, sağ qalacaqmı? Sual altındadır”, - Kurnosova bildirib.
Onun iddiasına görə, Çeçenistan lideri radioaktiv maddə ilə zəhərlənə bilər. Müxalif siyasətçi bunu kimin etdiyini deməyib.
“Radioaktiv maddələrlə zəhərləndiyini bildirib. Yəni köhnə “Litvinenko sxemi” işləkdir. Ona görə də hər şey mümkündür. İndiki Rusiyada hər şey mümkündür. Putindir, Putin deyil – hər kimsə”, - Kurnosova əlavə edib.