“İyul və avqustun sonu cəbhədə cəhənnəm olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi kaset sursatları Rusiya artilleriyası ilə bərabərliyi təmin etmək mümkün olacaq.
Seleznyovun fikrincə, Ukraynanın əks-hücumunun ləngliyi onunla əlaqəlidir ki, ruslara hərtərəfli hazırlaşmaq üçün nəinki mühəndis və istehkam strukturlarının tikintisini həyata keçirmək, həm də yaxınlaşma yollarını sıx minalamaq üçün 9 ay vaxtları olub.
“Minaların sıxlığı Rusiya ordusunun döyüş nizamnaməsi ilə müəyyən ediləndən qat-qat yüksəkdir - hər kvadratmetrə bir mina səviyyəsində. Bu, həddindən artıq yüksək mina sıxlığıdır. Ukraynalı istehkamçılar üçün çox iş olacaq, çünki əvvəlcə minalanmış ərazilərdə keçidlər yaratmaq lazım gələcək”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, ruslar Ukrayna müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi istiqamətləri də uzaqdan minalamağa çalışırlar: “Buna görə də Xarkov əməliyyatı zamanı olduğu kimi, indi cəbhədə belə irimiqyaslı irəliləyişlər görmürük, çünki burada irəliləməzdən əvvəl düşmənin minaları təmizlənməlidir. Eyni zamanda, Rusiya artilleriya və hava zərbələrindən fəal istifadə edir, ona görə də Ukrayna torpağının hər metrinin azad edilməsi şücaətdir.
Seleznyov vurğulayıb ki, Rusiyanın Ukraynadakı müharibəyə 400 min şəxsi heyət cəlb etdiyini xatırlamaq lazımdır: “Cənub istiqamətindən əlavə, Liman və Kupyan istiqamətlərində də vəziyyət çətindir. Çünki orada 100 minə qədər rus var. Bu, ciddi təhlükədir. İyul və avqustun sonu cəhənnəm olacaq və bu, göz qabağındadır”.