15 İyul 2023 22:25
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı müharibəsi zamanı Vladimir Putinlə yaxşı münasibətlərini qoruyub saxlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar fərqli siyasi mövqe sərgiləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Beast”nəşri yazıb.

Yazıda qeyd oluur ki, Ərdoğanın İstanbulda Ukrayna prezidenti Vladimir Zelenskini qəbul etməsi, “Azovstal” döyüşçülərini ölkələlərinə təhvil verməsi, eyni zamanda İsveçin NATO-ya üzvlüyünə "hə" deməsi Türkiyə-Rusiya münasibətlərində ciddi dəyişiklikdən xəbər verir.

Bildirilir ki, Priqojin və onun “Vaqner” qrupunun uğursuz qiyam cəhdindən sonra Putinin gücü, xarizması sarsıldı. Bundan sonra Türkiyə NATO-nun ən böyük üzvlərindən biri kimi Qərblə tərəfdaşlığa meyl etməyə başladı.

Türkiyənin İsveçdəki keçmiş səfiri Səlim Kuneralpın fikrincə, Ərdoğanın Ukrayna müharibəsi zamanı Putin və Qərb dövlətləri ilə əlaqələr qurmaq üçün gördüyü bütün işlərə baxmayaraq, “Vaqner”in uğursuz çevrilişdən sonra Türkiyə lideri öz fəaliyyətini şaxələndirmək üçün yol axtarır.

Kuneralp “The Daily Beast” qəzetinə müsahibəsində “Ərdoğan, yəqin ki, bunu Putinin gücünün zəiflədiyinin fərqindədir. O düşünür ki, Putindən ala biləcəyi hər şeyi alıb”, deyə bildirib.

Keçmiş səfirə görə, Putin əvvəlkindən daha zəif vəziyyətdədir, ona görə də ola bilsin ki, o, Türkiyə iqtisadiyyatına maddi dəstək vermək imkanında deyil. Ərdoğanın Qərbə üz tutmaq qərarı daha çox Putinlə məsafə saxlamaq istəyi ilə bağlı ola bilər.

Keçmiş türk diplomatı Sinan Ülgen hesab edir ki, təzyiqlər altında olan Putinin arxalanacağı güclü siyasi liderlərdən biri Ərdoğandır: “Asimmetriya Ərdoğanın xeyrinədir, çünki indi Putinin Ərdoğana əvvəlkindən daha çox ehtiyacı var, o mənada ki, Türkiyə Rusiya ilə yüksək səviyyədə siyasi dialoq aparan yeganə NATO ölkəsidir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Türkiyə hava dəhlizini Rusiya üçün açıq saxlayan yeganə NATO ölkəsidir. Qərb dünyasına və Türkiyəyə çıxış Rusiya rəhbərliyi üçün həyati əhəmiyyət kəsb edir və bu, Ərdoğana bacardığı şəkildə hərəkət etməyə imkan verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər