16 İyul 2023 01:05
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada silahlı üsyana cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin “Patriot” media holdinqi fəaliyyətini bərpa edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya mətbuatı Yevgeni Priqojinə yaxın şəxslərə istinadən məlumat yayıb.

Xəbəri “Patriot” media holdinqin tərkibinə daxil olan “Nevskiye Novosti” nəşrinin baş redaktoru Andrey Krasnobaev də təsdiq edib.

Qeyd edək ki, iyun ayının 29-da “Vaqner”in təsisçisinin media aktivlərinin mümkün satışı barədə məlumat yayılmışdı. Bir gün sonra isə “Roskomnadzor” “Patriot” mediaya daxil olan xəbər resurlarını bloklamağa başlayıb və qadağan olunmuş saytların reyestrinə daxil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər