16 İyul 2023 16:43
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xüsusi təyinatlıları İraqın şimalında PKK terror təşkilatının liderlərindən biri Bilal Onatı, eləcə də təhlükəli terrorçu Mazlum Yılmazı zərərsizləşdiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Avaşin rayonunda PUA-nın köməyi ilə bir qrup terrorçunun yeri müəyyən edilib. Əməliyyat zamanı terrorçular zərərsizləşdirilib. Əməliyyat hava dəstəyi ilə həyata keçirilib.

Zərərsizləşdirilən terrorçular arasında "Devrim Qarzan" kod adı ilə bilinən Bilal Onat və "Sidar Amad" kod adı ilə bilinən Mazlum Yılmaz da olub.

Qeyd olunur ki, Onat İraqın şimalındakı Avaşin bölgəsində PKK terrorçularının fəaliyyətinə cavabdeh olna şəxslərdən biri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər