Türkiyənin Mersin və Osmaniye əyalətlərində meşə yanğını başlayıb.
Teleqraf.com xəbər verir ki, Mersinin Gülnar rayonunda başlayan yanğını səbəbi hələlik məlum deyil.
Yanğının söndürülüməsinə 3 helikopter cəlb edilib.
Osmaniyenin Düziçi rayonunda başlayan yanğının səbəbi bilinmir.
Yanğının söndürülməsinə 1 helikopter cəlb edilib.
Hər iki əyalətdə yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb.