Günəşdə üç partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, ilk partlayış Bakı vaxtı ilə təqribən 10:26-da baş verib, o, təxminən 14 dəqiqə davam edib və Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.
İkincisi saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub.