17 İyul 2023 08:31
3 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Avropa ölkələrinə ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək üçün təlim keçməyə icazə verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ukraynalı pilotlara təlimin keçirilməsi üçün lazım olan resursları hazırlamaq üçün daha bir neçə həftə vaxt lazımdır.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ukraynalı pilotların “F-16” qırıcıları üçün hazırlanması prosesinin tezliklə başlayacağına inandığını bildirmişdi.
“The Financial Times” yazıb ki, 11 Qərb ölkəsindən ibarət qrup avqust ayından etibarən ukraynalı pilotlara “F-16”ı idarə etmək üçün təlimlərə başlayacaq. Təlim Danimarkada başlayacaq, tərəflər isə Rumıniyada uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi üçün mərkəz yaradacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər