Britaniya daxili işlər nazirinin müavini Tom Tugendhat Ben Uollesin yerinə ölkənin yeni müdafiə naziri ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadla məlumat yayıb.
İddialara görə, hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü 50 yaşlı Tugendhatı Uollesin “təbii varisi” kimi görür.
Tom Tugendhat 2017-2022-ci illərdə Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olub. O, 2022-ci il sentyabrın 6-dan Daxili İşlər Nazirliyinin rəis müavinidir.