17 İyul 2023 14:19
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökumətinə ünvanlanan məktubda İrana qarşı daha sərt tədbirlər görməyə çağırış edilib.

Teleqraf.com xəbət verir ki, məktubda İran “terrorizmə dəstək verən” ölkə adlandırılır.

“İranda insan haqları ilə bağlı qorxunc durum, Yaxın Şərqdə silahlı qruplaşmalara dəstək, Ukraynaya qarşı amansız müharibəsində Rusiyaya böyük yardım, terrorizmə və adam oğurluğuna dəstək bu ölkəni beynəlxalq sabitliyə açıq təhdidə çevirib”, - məktubda deyilir.

Məktub müəllifləri xəbərdarlıq edirlər ki, Yaxın Şərqdə söz sahibi olmaq istəyən İranın bu fəaliyyətlərdə bölgədə təhlükəli vəziyyət yaradıb.

İranın yaratdığı nüvə təhlükəsinə də diqqət çəkilir. Müəlliflər qeyd edirlər ki, bu, İran rejiminin daha genişmiqyaslı təhdidləri kontekstində nəzərdən keçirilməlidir.

Məktubda İran rejiminin təcrid edilməsinin və ona qarşı beynəlxalq koalisiyanın gücləndirilməsinin zərurliyi vurğulanır.

Məktubu Liberal Demokratlar Partiyasının keçmiş lideri Minqis Kempbell, keçmiş müdafiə naziri Maykl Fallon, NATO-nun keçmiş baş katibi və sabiq müdafiə naziri Corc Robertson, keçmiş nazirlərdən Mark Sedvell, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alişa Kerns, keçmiş baş nazir Devid Riçards imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər