“Taxıl müqaviləsinin uzadılmaması Türkiyə ilə əməkdaşlıqda bizim üçün mənfi siyasi-iqtisadi nəticələrə gətirib çıxaracaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Krım körpüsündə növbəti terror aktını planlaşdırarkən Kiyev və Londondakı qərar qəbuletmə mərkəzləri nəinki Rusiya Federasiyasının bu ən mühüm nəqliyyat infrastrukturuna zərbə endirmək, həm də rus əhalisinin kütləvi şüuruna travmatik təsir göstərmək zərurətindən çıxış ediblər.
Mənfi nəticələri mümkün qədər minimuma endirmək üçün aydın və ardıcıl hərəkət etmək indi vacibdir. Hələlik bir şey aydındır: taxıl müqaviləsinin uzadılması bu vəziyyətdə qeyri-mümkün görünür. Yumşaq desək, indi xalq bunu başa düşməyəcək.
Taxıl müqaviləsinin uzadılmaması isə, şübhəsiz ki, Türkiyə ilə əməkdaşlıqda bizim üçün mənfi siyasi-iqtisadi nəticələrə gətirib çıxaracaq.
Anqlosakslar hər şeyi dəqiq hesablayıblar”, - ekspert bildirib.