17 İyul 2023 15:00
2 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyalı həmkarımla avqustdakı görüşəndə taxıl sazişini müzakirə edəcəm”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çalışırıq ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə daha da dramatikləşməsin. İlk ilinə daxil olmaq üzrə olduğumuz Qara dəniz taxıl anlaşması artıq mühüm diplomatik uğur kimi tarixə düşüb. Bu təşəbbüs sayəsində dünya bazarlarına 33 milyon tondan çox taxıl məhsulları çıxarılıb. Gəlir səviyyəsi aşağı olan bir çox ölkələrin ərzaq böhranına sürüklənməsinin qarşısı alındı.

Son günlər diplomatik səylərimizi gücləndirmişik. Bu təşəbbüsün əldə olunmasında əməyi olan bütün tərəflərə təşəkkür etmək istərdim. Bu gün verilən bəyanata baxmayaraq, mən Rusiya Prezidenti, dostum Putinin humanitar körpünün davamını istədiyinə inanıram. Bu arada xarici işlər nazirim (Hakan Fidan) həmkarları ilə danışıqlar aparacaq. Səfərdən qayıdan kimi cənab Putinlə danışacam. Avqustda görüşəndə ​​bütün bu hadisələri müzakirə edəcəyik”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər