17 İyul 2023 16:11
4 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəşər Əsədlə görüşə qapalı deyilik, görüşə bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyaya qapının bağlanılması müzakirə mövzusu deyil, qapı açıqdır. Dördtərəfli (Rusiya, Türkiyə, Suriya və İran) görüş keçirilsin, amma Bəşər Əsədlə görüşə qapalı deyilik, görüşəcəyik. Onların bizə yanaşma tərzi önəmlidir. Təəssüf ki, Əsəd Türkiyənin Suriyanın şimalını tərk etməsini istəyir. Belə bir şey ola bilməz. Sərhədlərimizdə terrorçular olanda biz necə çıxa bilərik? Eyni ifadəni digər ölkələr üçün də işlədə bilərmi? İşlətmir. Ona görə də ədalətli yanaşma axtarırıq. Bu ədalətli yanaşma olduqdan sonra problem yoxdur, bütün bunların öhdəsindən gələcəyik”, - dövlət başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər