17 İyul 2023 18:23
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”.

O, BMT-nin Baş katibi Antonio Quterreşin sazişin uzadılması istiqamətində səylərini dəstəklədiyini bir daha vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər