17 İyul 2023 21:17
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Taxıl müqaviləsi”ndən çıxdıqdan sonra Ukrayna daşımalarını davam etdirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O xatırladıb ki, Ukrayna taxıl daşımaları ilə bağlı Moskva ilə deyil, yalnız BMT və Türkiyə ilə müqavilə bağlayıb.

“Gəmilər üzməyə hazırdır. Əgər Türkiyə onların keçməsinə icazə verərsə, o zaman Ukrayna başqa ölkələrə taxıl daşımağa davam etməyə hazırdır”, Zelenski deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər