Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını mənasız terror aktı adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin müşavirədə bildirib.
“Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır”.
Putin baş verənləri Kiyevin növbəti terror aktı adlandırıb. Onun sözlərinə görə, bu hücum hərbi baxımdan mənasız idi. Rusiya lideri qeyd edib ki, Krım körpüsü uzun müddətdir hərbi nəqliyyat üçün istifadə olunmurdu.
Qeyd edək ki, bu gecə Ukrayna ordusu iki PUA ilə Krım (Kerç) körpüsünü vurub.