ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Cozef Bayden İsrail Nazirlər Kabinetinin rəhbərini ABŞ-a rəsmi səfərə dəvət edib.
Nəşrin məlumatına görə, Netanyahu dəvəti qəbul edib. Səfərin tarixi daha sonra Amerika tərəfi ilə razılaşdırılaraq müəyyən ediləcək.