Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə hərbçilərin birgə təlimi üçün döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
Qeyd olunub ki, bu saziş Rusiya və Belarusdakı hərbi hissələrin bazasında belə mərkəzlərin yaradılması və fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib.
Bundan əvvəl, Lukaşenko Rusiya ilə razılaşma çərçivəsində regional qoşun qruplaşmasının fəaliyyətinə dair protokolun ratifikasiyası haqqında qanunu təsdiqləyib.