Bu gün Vaşinqtonda ABŞ Prezidenti Co Bayden Roma Papasının Ukrayna müharibəsinin nizamlanması üzrə elçisi kardinal Matteo Zuppini qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, tərəflər Ukraynada hərbi əməliyyatlardan zərər çəkmiş şəxslərə humanitar yardımın göstərilməsi, həmçinin ukraynalı uşaqların repatriasiyası mövzusunda müzakirələr aparacaqlar.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin əvvəlcədən bildirdiyi kimi, kardinalın ABŞ-a səfəri iyulun 19-dək davam edəcək.