Dünən saat 22:00 radələrində Moskvada Lenin mavzoleyi yandırılmağa cəhd edilib. 37 yaşlı kişi Mavzoleyə molotov kokteyli atıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi yaxalayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin “Daxili işlər orqanı əməkdaşının qanuni əmrinə tabe olmama” maddəsi ilə protokol tərtib ediblər.
Hazırda polis həmin şəxsin motivlərini araşdırır. Hadisə nəticəsində mavzoleyə heç bir ziyan dəyməyib.