18 İyul 2023 13:42
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğunun Qanunsuz əldə edilmiş əmlakın müsadirəsi məsələləri üzrə idarəsi ölkənin sabiq prezidenti Robert Köçəryanın gəlinlərini dindirilməyə çağırıb.

Teleqraf.com bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında sabiq prezident Robert Köçəryanın və ona bağlı şəxslərin əmlakına həbs qoyub.

Əmlakların siyahısına 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlər daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər