18 İyul 2023 20:56
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

“Əlavə 250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, - sənəddə deyilir.

Qeyd edilir ki, bu vəsait həm də kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər