19 İyul 2023 08:15
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı dörd il ərzində Ukrayna ordusuna dəstək üçün 20 milyard avro dəyərində fond yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Ukrayna silahlı qüvvələrinin yaxın 4 il ərzində 20 milyard avro həcmində təchizatını dəstəkləmək üçün trast fondunun yaradılmasını təklif edəcək.

Qeyd olunur ki, bu tədbir Avropa Komissiyasının Ukraynaya təklif etdiyi 50 milyard avroluq yardım paketini tamamlaya bilər.

Bundan əvvəl Reuters öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ hakimiyyəti yaxın günlərdə Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketinin ayrılacağını elan edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər