Fransa polisi qatarlardan birində terrorçunun olması barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında Lill şəhərindəki dəmiryol vağzalının əməkdaşlarını və sərnişinləri təxliyə edib.
Teleqraf.com xəbər verir ki, əməliyyat qatarların birində terrorçunun olması barədə zəngdən sonra Lill-Avropa stansiyasında keçirilib. Söhbətin Paris-Lill marşrutu üzrə hərəkət edən qatardan getdiyi bildirilir.
Vağzala girişlər bağlanıb, binada xüsusi təyinatlılar işləyir.
Lil-Avropa vağzalı Fransanın və Avropanın yüksək sürətli xətlər şəbəkəsinə inteqrasiya olunub. Brüsselə və Londona gedən qatarlar oradan keçir.