NATO-nun təşkilatçılığı ilə “Daimi Dəniz Qüvvələri-2”də növbətçi gəmilərlə təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Təlimə Türkiyədən “TCG Gökçeada”, İngiltərədən “HMS Duncan” və Yunanıstandan “HS Limnos” şirkətləri qatılıb. Bildirilir ki, təlim çərçivəsində üç ölkənin hərbi gəmiləri mümkün hava hücumlarına qarşı əməkdaşlıq ssenariləri üzərində işləyib.
2020-ci ilin yayında Şərqi Aralıq dənizində artan gərginlikdən sonra üz-üzə gələn Türkiyə və Yunanıstan hərbi gəmiləri 3 ildən sonra NATO çətiri altında birgə təlim keçirib.
Təlimi şərh etdirən Yunanıstanın mediası yazır: “Təlim Türkiyə-Yunanıstan münasibətlərində hərbi əməkdaşlığın inkişaf etdirilməsi səylərini və NATO-nun buna yardım etmək istəyini əks etdirir. İngiltərə döyüş gəmisi Türkiyə və Yunanıstan hərbi gəmiləri arasında körpü rolunu oynadı. Təlim NATO-nun İngiltərədəki mənzil-qərargahında Türkiyəni yaxşılaşdırmaq səylərinə kömək etmək üçün planlaşdırılıb”.