Rusiya Müdafiə Nazirliyi iyulun 20-dən etibarən Ukrayna limanlarına gedən bütün gəmilərin hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qara dənizdə “Taxıl sazişi” çərçivəsində yaradılan humanitar dəhlizdə hərəkətin dayandırılması ilə əlaqədar bu qərarın verildiyi bildiirlir.
"20 iyul 2023-cü il saat 00:00-dan etibarən Qara dəniz hövzəsindəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul olunacaq.
"Müvafiq olaraq, bu gəmilərin bayraqlarının aid olduğu ölkələr Kiyev rejimi tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab ediləcək", - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.